AZ

Ukrayna cəbhədə “əjdaha dronlarından” istifadə etməyə başladı


Ukrayna Silahlı Qüvvələri cəbhədə “əjdaha dronları”ndan istifadə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, bu dronlar Rusiya istehkamlarına termit qarışığı (alüminium və dəmir oksidinin qarışığı) atır.
Bildirilir ki, termit qarışığının yanma temperaturu təxminən 2200 dərəcə Selsidir. Bu maddə rus hərbçilərini gizlədən bitki örtüyünü sürətlə yandırır. Termit qarışığı metalı yandıra və insanlara ciddi xəsarət yetirə bilər. Nəşr hesab edir ki, onun istifadəsi psixoloji silah xarakteri daşıya bilər.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri müharibədə “Qrad” reaktiv yaylım atəş sistemi üçün termit qarışığı olan raketlərdən fəal şəkildə istifadə edir.
Seçilən
177
yeniavaz.com

1Mənbələr