Bakı. Trend:
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Talibanhərəkatının döyüşçüləri ilə Pakistan sərhəd qoşunları arasında ikiölkənin mübahisəli sərhədi ərazisində yenidən silahlı toqquşmalarbaşlayıb.
Bu barədə TrendTOLOnewstelekanalına istinadən xəbər verir. Onun sözlərinə görə,Əfqanıstanın şərqində yerləşən Xost vilayətinin sərhədiyaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban iləPakistan hərbçiləri arasında döyüşlər başlayıb. Tərəflərin ağırsilahlardan da istifadə etdiyi iddia edilir. Ölən və yayaralananlar barədə məlumat verilmir.
Xost vilayətində Taliban və Pakistan sərhədçiləri arasındayüngül və ağır silahlardan istifadə etməklə toqquşmalar başlayıb.Döyüşə səbəb mübahisəli sərhəd bölgəsində Əfqanıstan tərəfininpostlar tikməsi olub. Taliban Müdafiə Nazirliyinin sözçüsüİnayətullah Xarəzmi döyüşlərin bitdiyini açıqlayıb.