Türkiyənin Trabzon vilayətində fermer inəkləri üçün 4 mərtəbəli bina tikdirib.
Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şalpazarı bölgəsində heyvandarlıq üçün yer tapa bilməyən şəxs tikdirdiyi binanın bir mərtəbəsində özü, 3 mərtəbəsində isə inəkləri qalacaq.
Uzaqdan adi yaşayış binasına bənzəyən tikili hər kəsi təəccübləndirib.
Fermer binanın həmyerliləri üçün nümunə olacağını bildirib.