AZ

Berkay Yılmaz “Frayburq”u Mahir Emrelinin komandasına dəyişdi

Almaniyanın “Frayburq” klubunun türkiyəli sol cinah müdafiəçisi Berkay Yılmaz Bundesliqa təmsilçisini tərk edib.

Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu ikinci Bundesliqada çıxış edən “Nürnberq”ə keçib.

Bu yay Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini də heyətinə qatmış “Nürnberq” Berkayı cari mövsümün sonuna kimi icarəyə götürüb. Gənc oyunçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Berkay Yılmaz “Frayburq”un öz yetirməsidir. Amma ona hələ bu klubun əsas komandasında debüt etmək qismət olmayıb.

Berkay Türkiyənin U-17, U-18 yığmalarında oynayıb, ötən ildən isə U-19-a dəvət alır.

“Frayburq” Huqo Sikeni də “Brügge”yə satıb. Bundesliqa təmsilçisi bu satışdan 3 milyon avro qazanıb. 22 yaşlı belçikalı sağ cinah müdafiəçisi yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan Huqo Sike “Frayburq”a 2022-ci ilin yanvar ayında 4,5 milyon avro qarşılığında keçmişdi. O, Bundesliqa klubunun əsas komandasında cəmi 4 oyun keçirib. Heyətə düşə bilməyən futbolçu ötən mövsümdə “Serkl Brügge”də də icarədə olub.

Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Sike, 2023-cü ilin sentyabrında əsas millidə də debüt edib.

Seçilən
92
arena.az

1Mənbələr