AZ

"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev

"Rusiyaya qarşı sanksiyalar ABŞ-ın parçalanmasınadək davam edəcək..."
 
ABŞ-da vətəndaş savaşı labüddür və bu, ölkənin parçalanmasına gətirib çıxaracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün "Telegram-kanal"ında bəyan edib. Məlumatı "iz.ru" nəşri yayıb.
 
"Bütün XX əsr boyunca SSRİ-yə qarşı sanksiyalar tətbiq edilib. Bu sankskiyalar XXI əsrdə misli görünməmiş miqyasda davam edir. Ona görə də bizim üçün "sanctions forever ("sanksiyalar həmişəlikdir"). Daha doğrusu, bu sanksiyalar ABŞ-ın yeni labüd vətəndaş savaşının gedişində parçalanmasınadək davam edəcək. Əbəs yerə Hollivud bu savaş haqqında filmlər çəkmir", - Medvedev ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyaya qarşı sanksiyalardan nadir hallarda istifadə etmək istəyi barədə bəyanatını şərh edib.
 
Medvedevin fikrincə, Tramp biznesmen kimi praqmatik olaraq üzdəniraq "dərin dövlət" nümayəndələrinin müəyyən etdiyi Rusiya əleyhinə mövqe sərgiləməyəcək.
 
Bu zaman ABŞ-ın siyasətində demokratların namizədi Kamala Harrisin də seçiləcəyi təqdirdə sürprizlər gözləməyə dəyməz.
 
"The New York Times" qəzeti sentyabrın 5-də yazıb ki, Tramp Nyu-Yorkda çıxışı zamanı sanksiyalardan az hallarda istifadə edilməsi niyyətini açıqlayıb. O, belə bir fikir ifadə edib ki, Co Bayden administrasiyası başqa ölkələrə qarşı həddən artıq uzun müddət məhdudiyyətlər tətbiq edir.
 
Bundan öncə "Megaupload & Mega" şirkətinin təsisçisi Kim Dotkom bəyan edib ki, Tramp Amerika iqtisadiyyatının iflasını və dünyada dollarsızlaşdırmanı dayandıra bilməyəcək. Sahibkar əlavə edib ki, respubublikaçı namizəd noyabr seçkilərində amerikalılara qarşıdakı çətin zamanlarla bağlı dürüst olarsa və böhranəleyhinə plan təqdim edərsə, qalib gələ biləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
moderator.az

10Mənbələr