AZ

ABŞ senatoru Zelenski ilə GÖRÜŞDÜ 

ABŞ senatoru Lindsi Qrem Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. 

Musavat.com “EU Reporter”ə istinadən xəbər verir ki, görüş zamanı senator Ukraynadakı müharibənin amerikalılar üçün faydalarından danışıb.

"Siz rusları dayandırmağa çalışırsınız ki, biz onlarla döyüşmək məcburiyyətində qalmayaq. Onlar (ukraynalılar – red.) heç bir Amerika əsgəri istəmirlər. Ölkələrini dəhşətli işğaldan azad etmək üçün onlara sadəcə silah lazımdır. Onlar iqtisadiyyatımız üçün faydalı ola biləcək trilyon dollarlıq minerallar üzərində oturublar. Buna görə də mən Ukraynadakı dostlarımıza kömək etməkdə davam etmək istəyirəm”, – Qrem Zelenskinin yanında dayanaraq deyib.

Ukrayna prezidenti əlavə edib ki, Kiyevin Amerika dəstəyinə ehtiyacı var. O, senatora dəstəyə görə təşəkkür edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
musavat.com

1Mənbələr