Qırğızıstan hakimiyyəti Rusiya-Ukrayna münaqişəsində tərəf tutmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Edil Baysalov deyib.
O xatırladıb ki, respublikada həm rusların, həm də ukraynalıların əhəmiyyətli icmaları yaşayır. Lakin Qırğızıstan hakimiyyəti üçün daxili tərəqqi prioritet olaraq qalır və onlar heç nəyi öz milli inkişaflarından üstün tutmaq niyyətində deyillər.
Eyni zamanda, o, qeyd edib ki, Rusiyadan imtina etmək respublikanın milli maraqlarına uyğun gəlmir, belə ki Rusiya Qırğızıstanın əsas ticarət tərəfdaşlarından biridir.
Müəllif: Teleqraf.com