AZ

“Bunu çox müəmmalı şəkildə etdilər”

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə İran və İsrail arasında “gəmi müharibəsi” ilə bağlı maraqlı detalları açıqlayıb.

Mehr xəbər agentliyinin məlumatına görə, Selami, “SEPAH o zaman Tramp, sanksiyalar və Koronavirus problemlərinə görə çətin anlar yaşadı”, – deyib.

Salami bu gün səhər (sentyabrın 7-də) SEPAH-ın iqtisadi qolu olan Hatemu'l Enbiya qrupuna səfər edən İran prezidenti Məsud Pezeşkian ilə danışıb.

Selami, “Tramp və koronavirus günlərində çətin bir vəziyyətlə üzləşdik. Onlar İranın neft ixracına mane olmaq üçün Qırmızı dənizdə və Aralıq dənizində 14 gəmimizə hücum etdilər. Əvvəlcə bilmirdik ki, bizi kim vurub”, – deyib.

“Bir müddət sonra anladıq ki, gəmilərimizi vuran İsraildir. Bunu çox müəmmalı şəkildə etdilər. Beləliklə, biz onların 12 gəmisini vurduq. Beşinci gəmi vurulduqdan sonra İsrail, gəlin gəmilərin müharibəsini dayandıraq dedi”.

Səlami iddia edib ki, İran “daha ​​sonra düşmənin açdığı bütün yolları bağlaya bilib və bu gün bütün xətlər İran bayrağı altında üzür və gəmilər tam təhlükəsizlik şəraitində keçir”.

Selami “gəmi müharibəsi” olaraq xarakterizə etdiyi hadisənin tarixini və İsrail gəmilərinə hücumların iran ordusu, yoxsa onun adından husilər tərəfindən həyata keçirildiyini açıqlamayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
vaxt.az

1Mənbələr