AZ

Dominik Yavorçek Bundesliqa klubunda

Slovakiyanın “Jilina” klubunun sol cinah müdafiəçisi Dominik Yavorçek bundan sonra “Holştayn”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi 21 yaşlı slovakiyalı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə müdafiəçinin transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Dominik Yavorçek “Jilina”nın öz yetiməsidir. O, bu klubun əsas komandasında 79 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Yavorçek Slovakiyanın U-17, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Holştayn” yarımmüdafiəçisi Yonas Sterneri də Drezden “Dinamo”suna icarəyə verib. Almaniyalı 22 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

Sterner peşəkar karyerasına elə “Holştayn”da başlayıb. O, bu klubun əsas komandasında 38 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, Almaniyanın U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
arena.az

1Mənbələr