AZ

Ermənistanda silahlı insident – Polis öldü


Ermənistanın Armavir rayonunun Nalbandyan kəndində atışma nəticəsində bir polis ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Polislər ünvana gəldikdə şübhəli şəxs avtomat silahdan onların istiqamətində atəş açıb. Ən azı iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri özünə gəlmədən dünyasını dəyişib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
yeniavaz.com

1Mənbələr