AZ

Keçmiş məşuqəsi naziri belə ifşa etdi


İtaliyanın mədəniyyət naziri Gennaro Sangiulianonun keçmiş məşuqəsi ondan ayrıldığına görə qisas almaq qərarına gəlib və videoçəkiliş eynəklərinin köməyi ilə əldə edilmiş çoxlu kompromatları dərc edib. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, 62 yaşlı evli Sangiuliano 41 yaşlı Maria Rosaria Boccia ilə 2023-cü ildə siyasi tədbirdə tanış olub. Sonradan onlar arasında münasibət başlayıb. Boccia bir çox rəsmi qəbullarda naziri müşayiət edib, dövlət sirlərini öyrənib.

Yayda nazir məşuqəsi ilə münasibətini kəsib və Maria onu ifşa etmək qərarına gəlib. Bunun üçün qadın daxili kamerası və mikrofonu olan telefon, həmçinin günəş eynəyi ilə hazırladığı şəxsi söhbətlərinin audioyazılarını dərc etməyə başlayıb.

Boccia naziri səfərlərinin xərcini dövlət büdcəsindən ödəməkdə, qeyri-qanuni olaraq ona məxfi məlumatlara çıxış verməkdə və maraqların toqquşmasına baxmayaraq, onu müşavir təyin etməkdə ittiham edib. O, öz bəyanatlarına fakt olaraq yazışmaların skrinşotları, aviabiletlərin skanları, həmçinin iştirak etməməli olduğu qapalı siyasi görüşlərin fotoşəkillərini də paylaşıb.


Seçilən
207
50
news24.az

10Mənbələr