AZ

Bu ölkənin ədliyyə nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.

Bu barədə Konqonun “Actualite” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

“Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər.

“Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.

Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.

KDR Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 2-nə keçən gecə nazirin ofisinə basqın edilib. Nazirlik bildirib ki, sonradan mütəxəssislər ofisin özündə və ona gedən dəhlizdə ağ tozun izlərini aşkar ediblər.//Report

Seçilən
59
7
musavat.com

8Mənbələr