Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)texniki missiyası, bu ilin noyabrında Bakıda baş tutacaq COP29iqlim konfransına hazırlıq prosesini qiymətləndirmək üçünsentyabrın 6-dan 9-dək Azərbaycanda səfərdədir.
Trend-inməlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin(ƏŞ) mətbuat ofisi məlumat verib.
Səfərin ilk günündə missiyanın rəhbəri, UNFCCC Konfrans İşlərişöbəsinin direktoru Vasim Mir, COP29 Azərbaycan ƏməliyyatŞirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçıNərmin Carçalova ilə görüşüb. Onlar konfransın hazırlıqlarıçərçivəsində müxtəlif əməliyyat proseslərinin vəziyyəti, tədbirməkanının təşkilatçı məqsədlərinə uyğun bölgüsü və digər mühümtəşkilati məsələləri müzakirə ediblər. Həmçinin, BMT-ninTəhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon, COP29ƏŞ-nin nümayəndələri ilə konfransın təhlükəsizliyi ilə bağlıgörülən tədbirlər barədə fikir mübadiləsi aparıb. Daha sonramissiya üzvləri tədbirin keçiriləcəyi Bakı Stadionuna baş çəkərək,tikinti və əməliyyat işləri ilə yaxından tanış olublar.
Səfərin ilk günündə missiya nümayəndələri COP29 AzərbaycanƏməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıqprosesi barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusüçün təşkil olunmuş brifinqdə də iştirak ediblər.
Səfər müddətində hazırlıq işlərinin bütün istiqamətləri nəzərdənkeçiriləcək, o cümlədən missiya nümayəndələri COP29 Azərbaycan ƏŞvə müxtəlif dövlət qurumları ilə görüşləri davam etdirəcək.Həmçinin, şəhərdə konfrans nümayəndələri üçün qonaqlama, qidalanmavə nəqliyyat xidmətlərinin qiymətləndirilməsi üçün paytaxtdakı otelvə digər obyektlərə baş çəkiləcək. Missiya üzvləri bu məkanlardayaradılan şəraitin beynəlxalq tələblərə uyğunluğunu yoxlayaraqqidalanma və keytrinq xidmətləri ilə də tanış olacaqlar.