Samuxda ölümlə nəticələn yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai" ilə "VAZ" markalı maşın toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, "Hyundai" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü, E.Əhmədov müxtəlif bədən xəsarətləri alıb, sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığl xəsarətlərdən ölüb.
Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
Tural Əhmədov