Mr.fix
Marka meneceri
Son tarix 06 okt 2024 [email protected]
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün strategiyaların hazırlanması və inkişaf etdirilməsi;
- Reklam agentliyinə görüləcək işlərlə əlaqəli briflərin verilməsi və prosesin təqibi;
- Görüləcək işlər ilə bağlı hesabatların hazırlanması və üst rəhbərliyə verilməsi;
- Reklam material dizaynlarının hazırlanması üçün şirkət daxili əməkdaşlarla və agentliklər ilə danışıqların aparılması, işin planlanması və təqibi;
- TV, rəqəmsal və digər reklam məcraları üçün reklam materiallarının hazırlanması, verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflərin verilməsi;
- Rəqəmsal post və media planların illik hazırlanması və mütəmadi olaraq analiz edilməsi;
- Marketinq fəaliyyətləri üçün pressreliz mətnlərinin yazılmasını təmin etmək;
- Ticari marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflərin hazırlanması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan proseslərdə iştirakedilməsi və məhsulun təqdimatının həyata keçirilməsi;
- Marka, kateqoriya və satış kanalı strategiyalarının hazırlanması;
- Şirkətin SMM, Dizayn və PR fəaliyyətlərinin planlanması, icra edilməsi və hesabatlılığına nəzarət edilməsi;
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin İdarəedilməsi);
- Marka meneceri və ya oxşar sahələrdə minimum 3 il təcrübə;
- MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə sərbəst işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, İngilis və Rus dillərini bilmək üstünlükdür;
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ fikirli;
- Planlaşdırma, zamanın idarəedilməsi və problemin həll edilməsi bacarıqları;
- Güclü ünsiyyət və təqdimat bacarığı
İş şəraiti:
- İş saatları: 08:30-17:30
- İş günləri: həftədə 5 gün
- Şirkət tərəfindən naharla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni [email protected] ünvanına mövzu yerində “Marka meneceri” yazaraq göndərə bilərlər.