Cənnət Bağı Şirkətlər Qrupu
Əməliyyatlar üzrə menecer (Quba)
Son tarix 06 okt 2024 -
Vəzifə öhdəlikləri:
- Qeydiyyat , təmizlik, texniki xidmət daxil olmaqla, bütün otel əməliyyatlarını idarə etmək
- Şirkətin strateji məqsədlərini həyata keçirmək üçün əməliyyat planlarını hazırlamaq və icra etmək
- Günlük əməliyyatların preblemsiz əkildə icra edilməsini təmin etmək, işçilərin performansını izləmək və lazımi resursları təmin etmək
- İş proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üçün tədbirlər görmək
- Proseslərin səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin etmək
- Şirkətin digər bölmələri ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Hotel üzrə bütün təsərrüfat və əməliyyat xərclərinin analizi, səmərəliliyi və uyğunluğunun təhlili
- Satış səviyyəsini, gəlirlərin təhlili və planlaşdırmanı həyata keçirmək
Tələblər:
- İdarəetmə və ya müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Güclü təşkilat və idarəetmə bacarıqları
- Analitik düşüncə qabiliyyəti və problem həlli bacarıqları
- İş yeri Quba rayonunda yerləşir
- 6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü)
- Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı 1500-2000 AZN
CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.