AZ

Dövlət Komitəsi işçi axtarır - VAKANSİYA

AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Beynəlxalq əlaqələr və protokol üzrə aparıcı mütəxəssis

Son tarix 06 okt 2024 - [email protected]

Tikinti şirkətində “Beynəlxalq əlaqələr və protokol üzrə aparıcı mütəxəssis” vakansiyası mövcuddur.

Biz nə təklif edirik:

  • Maraqlı layihələrdə iştirak, zəngin təcrübənin qazanılması;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün iş şəraiti;
  • Karyeranızın qurulması üçün geniş imkanlar.

Əmək funksiyaları:    

  • Şirkətin adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
  • Protokol qaydalarının tələblərinə müvafiq olaraq zəruri təşkilati tədbirlərin və sənədləşmənin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək; 
  • Şirkətin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
  • Şöbədə kargüzarlıq işlərini təşkil etmək;
  • Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq, rəhbərlik tərəfindən verilmiş əmr və göstərişləri yerinə yetirmək.

Vəzifənin tutulması şərtləri:

  • Təhsil: İqtisadiyyat, menecment, beynəlxalq münasibətlər üzrə bakalavr və ya magistr dərəcəsi;
  • İş stajı: müvafiq sahədə azı 3 il iş təcrübəsi; 
  • Kompüter bilikləri: Microsoft Office və İnternet proqramları;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı, rus dili – orta;
  • Planlama və təşkiletmə bacarığı;
  • Təqdimetmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Problem həll etmə bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi [email protected] müvafiq elektron ünvana göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
fed.az

1Mənbələr