AZ

"Hajigabul Poultry Farm Company" işçi axtarır - VAKANSİYA

Hajigabul Poultry Farm Company

Baş Mühasib

 Son tarix 07 okt 2024 - [email protected]

Vəzifə üzrə tələblər:

  • Ali təhsil: İqtisadiyyat (Maliyyə və Mühasibat uçotu üzrə üstünlükdür)
  • Sertifikatlar: ACCA ( F3 ) , PMS, CFA 
  • Müvafiq sahədə iş təcrübəsi mütləqdir ( kənd təsərrüfatı sahəsi üzrə  Baş mühasib kimi minimum 5  illik təcrübə)
  • Microsoft office programlarından istifadə bacarığı 
  • Logo ERP proqramından  istifadə bacarığı .

Vəzifə öhdəlikləri:

  • Müəssisənin aylıq, rüblük, illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
  • Mühasibat uçotunu Uçot siyasətinə və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
  • ERP sistemində operativ və düzgün uçotun aparılması;
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; 
  • Vergi portalında şəxsi vərəqəyə nəzarət; 
  • Əmək haqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət; 
  • Debitor və kreditor hesablarına nəzarət,  mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət; 
  • Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət; 
  • İnventarizasiyanın aparılmasına nəzarət; 
  • Mənfəət vergi bəyannaməsinin hazırlanması; 
  • Statistika hesabatlarının hazırlanması; 
  • Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması; 
  • Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması; 
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; 
  • Aylıq  hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi;

İş şəraiti:

  • 6 günlük iş rejimi (08:00 – 17:00) və həftədə bir gün istirahət
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir ) . 
  • Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.

Cv –lərinizi [email protected]   mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə  (051)230-44-07  əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
fed.az

1Mənbələr