AZ

Zelenskidən “atəşkəs” planı! “Biz müharibənin sonuna yaxınlaşırıq”

Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə davam edən müharibədə atəşkəs planının olduğunu və bunu ilk olaraq ABŞ prezidenti Co Baydenlə bölüşəcəyini açıqlayıb. Digər tərəfdən, “Müharibənin əvvəlindən daha sonuna yaxınlaşdıq” deyən Zelenski, bərpa konfransları və konkret addımlarla iqtisadiyyatı gücləndirdiklərini və müharibənin sonuna yaxınlaşdıqlarını bildirib.Elchi.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski atəşkəs planının olduğunu və bunu ölkə liderləri, xüsusilə də ABŞ prezidenti Baydenlə bölüşmək istədiyini bildirib.Zelenski hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilindəki Çernobbio qəsəbəsində keçirilən və beynəlxalq hadisələrin müzakirə olunduğu Ambrosetti Forumunda iştirak edib və italyan jurnalistlərə Ukrayna- Rusiya müharibəsi ilə bağlı qiymətlər verib .Zelenski bəyan edib ki, torpaqlarından imtina ilə bağlı ultimatumları qəbul edə və məhəl qoya bilməzlər.Atəşkəs üçün bir planı olduğunu bildirən Zelenski, “Mən bir plan hazırlamışam və AmUerikadan asılı olan bəzi məqamlar olduğu üçün bunu ABŞ prezidenti ilə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu planı göstərmək imkanım olacaq”- deyib.Zelenski Rusiyanın hücumlarında onlara qarşı Şimali Koreya istehsalı raketlərdən istifadə etdiyini, dağıntılardan tutmuş video çəkilişlərə qədər əllərində dəlillər olduğunu, İran istehsalı olan raket və dronların da istifadə edildiyini müdafiə edib.Zelenski İtaliya ilə silah istifadəsi ilə bağlı heç bir problem yaşamadıqlarını da qeyd edib.“Müharibənin sonuna başladığımızdan daha yaxınıq” deyən Zelenski, bərpa konfransları və konkret razılaşmalarla iqtisadiyyatı gücləndirdiklərini və bununla da müharibənin sonuna yaxınlaşdıqlarını bildirib.Nuranə Məmmədova

Seçilən
51
elchi.az

1Mənbələr