AZ

Ardadan gələn bu xəbər “Real”da narahatlıq yaratdı

Arda Gülərin Türkiyə millisinin heyətində UEFA Millətlər Liqası çərçivəsində Uelsə qarşı keçirdiyi matçda (0:0) zədələnməsi “Real”ı ciddi narahat edib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Gülər ciddi zədədən yayına bilib.

“Kral klubu”nun səfərdə “Real Sosyedad”la qarşılaşacağı İspaniya çempionatının növbəti turunda Ardanın hazır olub-olmayacağı hələ məlum deyil.

Arda cari mövsümdə İspaniya çempionatında 3 matçda iştirak edib.

“Real” bir il əvvəl 20 yaşlı türkiyəli yarımmüdafiəçi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəyib.

Seçilən
167
50
sportinfo.az

10Mənbələr