Almaniya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiya sərhədi yaxınlığında aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, üçədəd "Eurofighter" təyyarəsi Rusiya sərhədindən 180 kilometr aralıda yerləşən Finlandiyanın ərazisində manevrlər həyata keçirib. Yanacaq doldurduqdan sonra onlar Rovaniemidəki hərbi hava bazasına qayıdıblar.
Bundan başqa manevrlərə iki "A-400M" hərbi-nəqliyyat təyyarəsi və Bundesverin 30 əməkdaşı da cəlb olunub.
Qeyd edək ki, 2023-cü ildə Finlandiya rəsmi olaraq NATO-ya qoşularaq Şimali Atlantika Alyansının (NATO) 31-ci üzvü oldu.
Müəllif: Arzu