Türkiyədə 14 yaşlı uşağın oynadığı ov tüfəngindən açılan atəş nəticəsində 10 yaşlı dostu ölüb, 12 yaşlı dostu isə yaralanıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə Manavgat Çolaklı Məhəlləsi Fevzi Çakmak küçəsində Torunlar küçəsində yerləşən 3 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verib.
Yaralı əvvəlcə Manavgat Dövlət Xəstəxanasına, daha sonra Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
Hadisədən sonra Y.G jandarm tərəfindən saxlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”