AZ

ABŞ Ukraynaya görə zəifləyir

Ukraynadakı münaqişə Amerika Birləşmiş Ştatlarının zəifləməsinə gətirib çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Pentaqonun keçmiş köməkçisi Stiven Brayan deyib.

O etiraf edib ki, münaqişə ölkənin xəzinəsini və arsenalını boşaldıb, eləcə də ABŞ-ın digər ölkələrdə, xüsusən də Sakit okeanda maraqlarına zərbə vurub.

Brayan bildirib ki, bir çox Avropa ölkələri də Ukraynaya tanklar, zirehli texnikalar, raketlər, hava hücumundan müdafiə, artilleriya və ehtiyatlarını tükəndiriblər.


Müəllif: Arzu
Seçilən
117
teleqraf.com

1Mənbələr