AZ

Blinken sentyabrın 9-10-da Britaniyaya səfər edəcək

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Antoni Blinken sentyabrın 9-10-da BöyükBritaniyaya səfər edəcək, o, ölkə hakimiyyəti ilə hərbi əməkdaşlıqvə Ukraynaya yardım məsələlərini müzakirə edəcək.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəriMetyu Millerin şənbə günü dərc olunmuş yazılı bəyanatında deyilir.Amerika xarici siyasət idarəsinin rəhbəri 9-10 sentyabrtarixlərində Böyük Britaniyaya səfər edəcək və burada iki ölkəarasında strateji dialoq açacaq.

“Dövlət katibi Blinken Londonda Hind-Sakit okean regionu, AUKUStərəfdaşlığı, Yaxın Şərq və Ukraynanı dəstəkləmək üçün ümumisəylərimiz də daxil olmaqla kritik mövzuları müzakirə etmək üçünyüksək vəzifəli rəsmilərlə də görüşəcək”, - sənəddə qeydolunur.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin sentyabrın 13-dəVaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşəcəyibildirildi. Tərəflər “ortaq maraqlarla bağlı bir sıra qlobalməsələləri, o cümlədən Ukraynaya davamlı fəal dəstəyi” və digərmövzuları müzakirə edəcəklər.

Məqalədə:
Seçilən
128
az.trend.az

1Mənbələr