AZ

Bu gün Naqasaki faciəsinin 79-cu ildönümüdür

Bu gün Amerikanın Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmasından 79 il keçir.

İnsanlıq tarixinə qara hərflərlə yazılmış ilk hadisə 1945-ci ilin 6 və 9 avqust tarixlərində verib. Amerikanın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ABŞ rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi.

 6 avqust 1945-ci il tarixində ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər Xirosimada atomdan ölənlərin sayı 140 mini keçmişdi. 

İkinci bomba isə Naqasaki şəhərinə atılmışdı.

Naqasaki Yaponiyanın Kyusu adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəridir.

İkinci Dünya Müharibəsinin sonunda tarixdə yalnız Amerika Birləşmiş Ştatları tərəfindən istifadə edilən atom bombasının ikincisi və sonuncusunun atıldığı Yaponiyanın Naqasaki şəhəri də üzləşdiyi faciəni 70-ci ilini yad edir.

 Xirosimaya atılan bombadan 3 gün sonra avqustun 9-da saat 10:45 radələrində Platinyum 239 tipli təyyarə “Fatman” (kök adam) adlı atom bombasını Naqasakiyə atır. “Fatman” 21 min ton TNT-ə malik nüvə reaktoru idi.

Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 mini həyatını itirdi.

Hadisədən 6 gün sonra Yaponiya höküməti qeyri şərtsiz təslim olub. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb. 

Bu gün isə nüvə gücünə malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir.

Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir. 

Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000–dən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə (ötən əsrin 80-ci illərində cəmi 7)atom başlığı kifayətdir.

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü kimi tarixə düşüb.

 Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri, 28 iyul 2014-cü ildə 93 yaşında vəfat edən Teodor Van Kirk barədə nə bilirik?

  Van Kirk 1921-ci ildə Amerikada anadan olub. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942-1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb. Teodor Van Kirk öz xatirələrində həmin günü belə xatırlayır:

“1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yatıb yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat 9.15-də bort jurnalında qeydiyyat apardım: “Saat 9.15. Atom bombasını atırıq”.43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım”.

93 yaşlı Van Kirk müntəzəm olaraq jurnalistlərlə həmsöhbət olur, onların suallarına cavab verirdi.“Keçirdiyiniz əməliyyat neçə-neçə insanın həyatına son qoyacağını biləndə hansı hissləri keçirirdiniz” sualını Van Kirk belə cavablandırıb:

“Mən öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirməkdir. Digər bir tərəfdən müharibənin qurbanları olmalıdır. Siz mənə müharibə etməyin elə bir yolunu göstərin ki, orda insan ölümü olmasın”.

- Bu əməliyyatda iştirakınıza görə təəssüf və peşmançılıq hissləri keçirirsinizmi?- Qətiyyən. Mən qürur hissi duyuram ki, məhz bu əməliyyatın iştirakçısı olmuşam. Müharibə avqustun 14-də sona çatdı. Biz atom bombasını atmasaydıq kim bilir bu savaş nə vaxt qurtaracaqdı. Əslində, nəticə etibarı ilə bu atom bombası çox insanların həyatını xilas etdi. Kim deyə bilər ki, müharibə davam etsəydi həlak olanların sayı nə qədər olacaqdı. Mən o səhnələri görməyi heç kimə arzulamıram. Birinci atom bombasını biz atdıq. Dua edirəm ki, bir daha bu təkrarlanmasın. Hərçənd ki, buna inanmıram.

Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan “Enola Gay” təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb.

“Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.

 Yaponiya hər il bul faciəni beynəlxalq səviyyədə qeyd edir. 9 avqust 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimilə Yaponiyanın Baş naziri də iştirak edir.

 

  Təqdim etdi: Şakir QURBANOV

Seçilən
174
50
tezadlar.az

10Mənbələr