AZ

Gərginlik pik həddə: Çin xəbərdarlıq etmişdi, bu ölkə məhəl qoymadı

Almaniyanın “Baden-Württemberg” freqatı və "Frankfurt am Main" hərbi dəstək gəmisi Çinin etirazlarına baxmayaraq, bu ay Tayvan boğazından keçəcək.

Publika.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

“Pekinin xəbərdarlıqlarına baxmayaraq, freqat və hərbi dəstək gəmisi sentyabrın ortalarında Cənubi Koreyadan Cakartaya gedən marşrutla Tayvan boğazından keçəcək. Beynəlxalq hüquqa görə, boğaz sərbəst naviqasiyaya tabedir”, - nəşr yazır.

Məlumata görə, Almaniya hökuməti Çinlə "diplomatik mübahisələr" şəklində nəticələrə hazırdır, çünki Berlin Çinə boğazdan gəmilər keçirmək planları barədə rəsmi məlumat vermək niyyətində deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
publika.az

1Mənbələr