AZ

ABŞ Qəzza üzrə sülh planını təqdim edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün yaxın günlərdə ətraflı təkliflər təqdim edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Londonda Böyük Britaniyanın Mİ6 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murla birgə çıxış edərkən bildirib.
Murun sözlərinə görə, Qəzza zolağında atəşkəs əldə olunmayana qədər Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalmağa davam edəcək. Mİ6-nın rəhbəri, həmçinin İranın hələ də HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verə biləcəyindən ehtiyat etdiyini bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
328
50
oxu.az

10Mənbələr