AZ

Boliviyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

APA “Bolivia TV”-yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Edmundo Novilio bildirib.

“Beni və Santa-Kruz departamentlərində fövqəladə vəziyyətin elan edildiyini nəzərə alaraq və yanğınlarla bağlı vəziyyəti nəzərə alaraq, milli hökumət bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib”, - Novilio qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
apa.az

1Mənbələr