AZ

Minik avtomobili “TIR”la toqquşdu - İKİ NƏFƏR xəsarət alıb

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

Bizim.Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri - “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
25
bizim.media

10Mənbələr