AZ

Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
far.az

10Mənbələr