AZ

Millətlər Liqası: İlk turun son gecəsi məhsuldar alındı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub. 

Almaniya yığması evdə Macarıstana böyük hesabla qalib gəlib. Niderland da Bosniya və Herseqovina yığmasını darmadağınla yola salıb. İngiltərə millisi isə İrlandiyanı səfərdə inamlı hesabla yenib.

Ukrayna yığması startda Albaniyaya uduzub. Gürcüstan yığması isə Çexiya ilə ev oyununda böyük hesabla qalib gəlib.

Ümumiyyətlə, gecə məhsuldar alınıb. Belə ki, 9 matçda 34 qol qeydə alınıb ki, bu da orta hesabla təxminən hər oyuna 4 qol deməkdir. 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 5:0
Qollar:
Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.

Niderland – Bosniya və Herseqovina 5:2
Qollar:
Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73. 

B Liqası, 1-ci qrup

Gürcüstan – Çexiya 4:1
Qollar
: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.

Ukrayna – Albaniya 1:2
Qollar:
Konoplya, 49 – İsmayli, 54. Asani, 66.

B Liqası, 2-ci qrup

İrlandiya – İngiltərə 0:2
Qollar:
Rays, 11. Qriliş, 26.

Yunanıstan – Finlandiya 3:0
Qollar:
İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.

C Liqası, 4-cü qrup

Farer adaları – Şimali Makedoniya 1:1
Qollar
: Davidsen, 9-pen – Bardi, 49-pen.

Ermənistan – Latviya 4:1
Qollar
: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.

D Liqası, 2-ci qrup

Moldova – Malta 2:0
Qollar:
Kaymakov, 32. Nikolaesku, 45+5-pen.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
fanat.az

10Mənbələr