Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Həftənin ilk yarısında kiçik səfərlər müsbət nəticələnəcək. Bu günlərdə dostlarınız, sinif və ya tələbə yoldaşlarınızla görüşmək əlverişli olacaq. Həftənin ikinci yarısında istənilən ev işini səmərəli şəkildə yerinə yetirə biləcəyinizi göstərir. Ümumiyyətlə, işə qarşı çox həvəsli olacaqsınız. Hər hansı həddi aşmaqdan çəkinmək tövsiyə olunur. Çünki bu kimi hallar sağlamlığınıza son dərəcə mənfi təsir göstərə bilər. Şahmat, stolüstü tennis, boks, futbol və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Buğa
Həftənin ilk yarısında ailənizlə bağlı məsələləri effektiv həll edə biləcəksiniz. İndi yaxın qohumlarınız və ailə üzvlərinizlə münasibətlərinizi yaxşılaşdıra bilərsiniz. Münasibətləriniz daha emosional və inamlı olacaq. Həftənin ikinci yarısı sizə romantik əhval-ruhiyyə və yaradıcılıq ilhamı gələcək. Lakin mövcud təmaslarda eqoizm təzahürlərindən qaçmaq lazımdır. Bu zaman qarşı tərəfi qısqanclığa sövq etmək arzuolunmazdır. Həftə sonu mütləq şəkildə istirahətinizə vaxt ayırın. Qaçış, qılıncoynatma, güləş, avarçəkmə, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.
Əkizlər
Həftənin ilk yarısı Əkizlərə çoxlu müsbət emosiyalar gətirəcək. Əhval-ruhiyyəniz sizdən asılı olmayaraq, istirahətə və əyləncəyə uyğun olacaq. Bu dövrdə uşaqlarınıza daha çox diqqət yetirin, onlarla daha çox vaxt keçirin, idman oyunları oynayın. Həmçinin, romantik görüşlər və yeni tanışlıqlar üçün də əlverişli zamandır. Həftənin ikinci yarısında gündəlik, eləcə də işinizlə bağlı məsələləri həll etməyiniz daha yaxşıdır. Həftə ərzində iş yoldaşlarınızla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Maliyyə məsələlərini həll etməyi, irihəcmli əməliyyatlar bağlamaq, eləcə də kredit götürmək məsləhət görülmür. Güləş, karate, üzgüçülük və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.
Xərçəng
Həftənin ilk yarısı sağlamlığınıza daha çox diqqət yetirmək üçün əlverişli dövr olacaq. Həftənin ikinci yarısında müəllimlərlə münasibətlərdə anlaşılmazlıqlar mümkündür. Bu, özünü yeni biliklər öyrənməmək istəyi ilə büruzı verəcək. Bu dövrdə sevgi macəralarında irəliləyişlər gözlənilir. Bu baxımdan mövcud münasibətiniz üzərində işləməyə dəyər. Maliyyə baxımından uğurlu həftədir. Yaxınlarınızla sıx əlaqədə olmağa çalışın. Cüdo, gimnastika, güləş, stolüstü tennis və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Şir
Həftənin ilk yarısında şəxsi və işgüzar münasibətləri uyğunlaşdırmağa çalışmalısınız. İndi hətta sevdiyiniz insana birbaşa, səmimi münasibətiniz də bir-birinizə olan inamınızın artmasına kömək edəcək. Bu dövrdə sizə daha az yaxın olan insanlarla münasibətlər daha emosional ola bilər. Həftənin ikinci yarısı məhkəmə çəkişmələri ortaya çıxarsa, qətiyyən narahat olmayın, hər şey sizin xeyrinizə olacaq. Həftə ərzində qarşınıza eyni vaxtda çoxlu məqsəd və vəzifələr qoymaqadan yayının. Əks halda, dağınıq olacaqsınız və bir müddət sonra bunların nə üçün lazım olduğunu başa düşməyəcəksiniz. Əsas vəzifələrinizi yaddan çıxarmayın. Futzal, basketbol, güləş, minifutbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Qız
Həftənin ilk yarısı emosional baxımdan gərgin ola bilər. İndi hər hansı bir təcrübə həm yaxşı, həm də pis nəticələr verə bilər. Öz üzərində işləmək üçün yaxşı vaxtdır, inkişafınız üçün yeni bir addım ata bilərsiniz. Sevgi münasibətlərində uğurlu anlar görünür, yetərki inamlı addım atasınız. Həftənin ikinci yarısında işdə bir sıra uğurlara imza ata bilərsiniz. Bu məsələyə bütün məsuliyyətlə yanaşmanız tövsiyə olunur. Həftənin ikinci yarısı elmi işlərdə də uğur əldə edəcəksiniz. Həndbol, basketbol, voleybol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
Tərəzi
Həftənin ilk yarısında maraqlı insanlarla tanış ola bilərsiniz, onlarla ünsiyyət sizə yeni biliklər əldə etməyə kömək edəcək. Ola bilsin ki, bu insanlar əcnəbilər və ya sadəcə olaraq başqa şəhərdən gələn insanlar olsunlar. Səhhətinizə ciddi fikir verin. Əks halda səhhətinizdə bir sıra fəsadlar baş verə bilər. Həftənin ikinci yarısı populyarlıq və şöhrət qazanmaq üçün əlverişli dövr olacaq. Ətrafınızda olan insanlar sizə daha çox diqqət yetirəcəklər. Bu günlər həm də nüfuzunuzu yüksəltmək üçün böyük imkanlar açılacaq. Voleybol, basketbol, tennis, sambo, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.
Əqrəb
Həftənin ilk günlərində rəhbərliklə, eləcə də nüfuzlu insanlarla daha rahat ünsiyyət qura biləcəksiniz. Davranışlarınız və emosional reaksiyalarınız bu insanlara tanış olduğundan təmaslarınızın uğurlu alınacağı gözlənilir. Həftənin ikinci yarısında Əqrəblərin çoxlu yeni planları və ideyaları olacaq. Onların bəzilərini dostlarınız sizə təklif edə bilər. Gələcək üçün planlar qurmaq, yeni ideyalar hazırlamaq üçün ideal vaxtdır. Eyni zamanda, həftənin ikinci yarısı tənbəlliyə meylli, istəkli olacaqsınız. Bu kimi hallar sevdiyiniz insanda narazılıq və qısqanclıq yarada bilər ki, bu da münasibətlərdə mübahisələrə səbəb ola bilər. Atıcılıq, voleybol, həndbol, güləş, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.
Oxatan
Həftənin ilk yarısı Oxatanlar üçün dostlarla ünsiyyət baxımından əlverişli zamandır. Bu müddət ərzində siz sosial çevrənizi genişləndirə, yeni dostlar qazana, tərəfdaşlar əldə edə biləcəksiniz. Lakin, unutmayın ki, bu dövrdə dostlarla ünsiyyət daha məxfi xarakter alacaq. Həftənin ikinci yarısında özünüzü inkişaf etdirməyə və daxili ehtiyaclarınızı təhlil etməyə diqqət yetirməyiniz daha yaxşıdır. Ola bilər ki, aktivliyiniz və məhsuldarlığınız bir qədər azalsın və ona görə də bu günlərdə intensiv fəaliyyət planlaşdırmayın. Maliyyə məsələlərini həll etmək, böyük alış-veriş etmək tövsiyə edilmir. Avarçəkmə, güləş, cüdo, çövkən, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Oğlaq
Həftənin ilk yarısında istirahətə daha çox vaxt ayırmağınız məsləhət görülür. Bu günlər Oğlaqlar üçün güclərini bərpa etmək üçün istirahətə vaxt ayırmalıdırlar. Bunu etmək üçün ideal zamandır. Həftənin ikinci yarısı hisslərinizi və emosiyalarınızı daha açıq və birbaşa ifadə etmək imkanlarınız olacaq. Bununla belə, çox danışmamağa, hisslərinizi və təcrübələrinizi hərəkətləriniz, əməlləriniz və davranışlarınızla göstərməyə çalışın. Bu günlərdə çox ünsiyyət gözləyə bilərsiniz, ancaq dedikləriniz üzərində düşünməyə çalışın. Çünki anidən lazımsız bir şey söyləyə və ya açıqlanması yasaq olan məlumatları verə bilərsiniz. Həftə ərzində məşqlə bağlı bəzi çətinliklər də mümkündür. Heç bir vəd verməməlisiniz, onları yerinə yetirmək çox çətin ola bilər. Güləş, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və atçılıq növlərində uğurlar gözləniləndir.
Dolça
Həftənin ilk yarısında xarici görünüşünüzü qaydaya salmaq üçün ideal dövrdür. Yeni saç düzümünə keçmək, yeni paltarlar almaq, hətta plastik cərrahdan məsləhət almaq üçün də münasib vaxt hesab edilir. Ancaq bu dövrdə Dolçalar yadda saxlamalıdırlar ki, başqalarında yaratdığın təəssürat təkcə xarici görünüşünüzdən deyil, həm də necə davranmağınızdan və özünüzü necə təqdim edə bildiyinizdən asılıdır. Bu halda insanların diqqətini daha yaxşı cəlb edə bilərsiniz. Həftənin ikinci yarısı maliyyə məsələlərini həll etmək və kiçik alış-veriş etmək üçün əlverişlidir. Lakin daşınmaz əmlakla bağlı məsələlərin həlli, xüsusilə alqı-satqısı məsləhət görülmür. Bu zaman ailənizdə bəzi çətinliklər yarana bilər ki, bu da öz növbəsində işdəki yeni perspektivləri alt-üst edər. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
Balıqlar
Bu həftə Balıqlar özlərinə diqqət yetirməyə məcbur olacaqlar. Bu günlərdə bir sıra kiçik dəyişikliklərə və çevrilmələrə məruz qala bilərsiniz. Artıq diqqətinizi maddi sahəyə, yaxın insanlara qayğı göstərməyə yönəldə bilərsiniz. Həftənin ilk yarısında maliyyə məsələlərini uğurla həll edə biləcəksiniz. Həftənin ikinci yarısında sizi romantik və ya əyləncəli əhval-ruhiyyə gözləyir. Lakin, heç bir sahədə ifrata varmamalısınız. Dostlarınızla əyləncəni məhdudlaşdırmağa dəyər və hər gün iki görüşə getmək tövsiyə edilmir. Həftə, ümumiyyətlə dostluq etmək, kiçik səyahətlərdə iştirak üçün çox əlverişlidir. Həftəsonu valideynlərinizi ziyarət etməyi də unutmayın. Bu günlərdə onların sizə çox ehtiyacı var. Karate, üzgüçülük, cüdo, güləş və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
İdman.biz