AZ

Husilər ABŞ-yə məxsus daha bir “MQ-9 Reaper” dronunu vurub

Yəmənin “Ənsarullah” (husilər) hərəkatının hava hücumundan müdafiə qüvvələri ABŞ-yə məxsus “MQ-9 Reaper” kəşfiyyat və zərbə dronunu vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya “əl-Məsirəh” telekanalına bildirib.

Onun sözlərinə görə, “MQ-9” dronu Marib əyaləti üzərində hədəfə çevrilib.

Qeyd edək ki, bu günə kimi Yəmən səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vurulan PUA-ların sayı səkkizə çatıb.

Seçilən
154
14
iqtisadiyyat.az

10Mənbələr