AZ

Ermənistanda polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanda polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Məlumata görə, sentyabrın 8-də saat 02:40 radələrində Daxili İşlər Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində Nalbandyanda qətl və adam öldürməyə cəhddə şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan aşkarlanıb.
O, saxlanılaraq İstintaq Komitəsinə təhvil verilib. 

Xatırladaq ki, şənbə günü axşam Ermənistan Daxili İşlər Nazirliyi Armavir vilayətində silahlı şəxsi zərərsizləşdirməyə çalışan bir polisin öldüyü, daha birinin isə yaralandığı barədə məlumat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
ucnoqta.az

1Mənbələr