AZ

Rodri Xosep Qvardiolanın futbolda uğurlarının sirrini açıqladı

“Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın futbol uğurlarının sirini açıqlayıb.

Arena.az “The Player’s Tribune” dərgisinə istinadən, ispan futbolçunun öz həmvətəni olan mütəxəssisin bu sirri haqda fikrini təqdim edir:

“O, həmişə bir addım öndədir. Qvardiola futbolun inkişafından daha sürətlə irəliləyir. O, heç vaxt hər şeyin ötən mövsüm olduğu kimi olacağı ilə razılaşmır, axı rəqiblər də ötən mövsümü təhlil edirlər. İngiltərə Premyer Liqası qənimətini dayanıb-durduğun yerdə dörd dəfə ardıcıl qazana bilməzsən. Ya sıfırdan nəsə fikirləşib-tapırsan, ya da uduzursan”, deyə Rodri bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 476 oyun keçiriblər, 353 qələbə qazanıblar, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
arena.az

1Mənbələr