AZ

Yəmən husiləri öz hava məkanında ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurub

Husilər Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” hücum pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə husilərin “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.

"Yəmənin hava hücumundan müdafiə qüvvələri Marib vilayətinin hava məkanında Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub", - deyə o qeyd edib.

Əlavə edib ki, bu, Yəmən ərazisi üzərində vurulan Amerikanın bu tipli səkkizinci pilotsuz təyyarəsidir.

Seçilən
114
14
yeniazerbaycan.com

10Mənbələr