AZ

Tramp Kamala Harrisi dəstəklədiyi üçün Putindən inciyib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp etiraf edib ki, Rusiya lideri Vladimir Putinin Moskvanın onun rəqibi, Demokratlar Partiyasından namizədi Kamala Harrisi dəstəkləyəcəyi barədə sözlərindən inciyib.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Bu həftə Şərq İqtisadi Forumu zamanı Rusiya prezidenti ABŞ-dakı seçkiləri ironik şəkildə şərh edib. O qeyd edib ki, Rusiya Federasiyası Co Baydeni Amerika prezidenti kimi görməyə üstünlük verəcək, lakin o, yarışdan kənarlaşdığı üçün onun davamçısı, vitse-prezident Harris ön plana çıxıb. Putin qeyd edib ki, onun “yoluxucu gülüşü” yaxşı əhval-ruhiyyədən xəbər verir və əlavə edib ki, əgər belədirsə, o zaman Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinəcək.

“Mən Putini yaxşı tanıyırdım. O, bu yaxınlarda Kamalaya dəstək olub.  Bu mənə həqiqətən pis təsir etdi. Maraqlıdır, o, niyə Kamalanı dəstəklədi? O, şahmat oyunçusudur”, – deyə Tramp bildirib.

O qeyd edib ki, Putinin bəyanatı çox güman ki, “gülümsəyərək” edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
nocomment.az

10Mənbələr