"Gündəlik məşqləri davam etdiririk. Maksimum çalışdıq ki, yeni mövsümə yaxşı hazırlaşaq. Amma bir çox problemlər, çətinliklər buna imkan vermədi. Əsasən də maliyyə sıxıntısı yaşayırıq. Məhz bu səbəbdən nə istədiyimiz qədər yoldaşlıq oyunu keçirdik, nə də arzuladığımız transferləri reallaşdırdıq. Desəm ki, yeni mövsümə tam hazırıq, yalan olar. Reallıq odur ki, çempionata hazır deyilik. Ona görə də ilk turlarda əziyyət çəkəcəyik. Amma bu o demək deyil ki, əlimizi-qolumuzu sallayıb meydana çıxacağıq. Oyundan-oyuna komandamın artıracağına inanıram". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Bölgə təmsilçisinin çalışdırıcısı heyətə cəlb etdikləri legionerlər barədə də məlumat verib: "Transfer bazarı"nda yerli oyunçu tapmaq çətindi. Çünki onlara istədikləri pulu verə bilmirik. Bu səbəbdən də məcbur olub əcnəbi oyunçular arasında seçim etdik. Bir aydan çox idi seleksiya işləri ilə məşğul idik. Yoxlama oyunlarında da əsas məqsədimiz bu oyunçuları sınamaq idi. Sonda 3 legioneri saxlamaq qərarına gəldik. Onların hər 3 orta sahə oyunçularıdır və afrikalıdılar. Biri mərkəz yarımmüdafiəçisi, ikisi isə vingerdi. Düşünürəm ki, onlardan fayda görəcəyik".
Qeyd edək ki, "Zaqatala" yeni mövsümün ilk oyununda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 13-də baş tutacaq.
ABDULLA İSMAYILOĞLU
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta