AZ

Bu ölkədə yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib

Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib

Medianews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Edmundo Noviglio bildirib.

Yanğınlar nəticəsində yaranan havanın çirklənməsi səbəbindən ölkədə, həmçinin “sanitariya təhlükəsi” elan edilib. “Zərərçəkən ərazilərə göndərilən çevik qrupları sayəsində biz əhaliyə, yanğınsöndürənlərə və yanğınlarla yorulmadan mübarizə aparan könüllülərə köməklik göstərə bildik. Pando departamentlərində bu günə kimi 6162 nəfərə tibbi yardım göstərilib”, – deyə Boliviya Prezidenti Luis Arce X sosial hesabında yazıb.

Boliviya hakimiyyəti kömək üçün bir sıra ölkələrə müraciət edib.

Səlahiyyətlilərin məlumatına görə, hazırda Boliviyada 72 aktiv yanğın var. Ümumilikdə 3,8 milyon hektar ərazi yanğınlara məruz qalıb.

Seçilən
127
27
medianews.az

10Mənbələr