AZ

Ayxan Abdullazadə dünya ikincisi oldu

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

Sərbəst güləşdə ilk medalçılar müəyyənləşib. Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.

Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb.

Seçilən
65
17
news365.az

10Mənbələr