AZ

8 SENTYABR BEYNƏLXALQ OXUMA-YAZMA GÜNÜDÜR - Yeni texnologiyalar oxumağa necə təsir göstərir?

Etibar ƏLİYEV, təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru

Oxuma-yazma günü dünyada oxuma-yazma bacarığının vacibliyini vurğulamaq və savadsızlığın aradan qaldırılması üçün maarifləndirmə işlərini gücləndirmək məqsədilə qeyd olunur.

Oxuma və yazma bacarıqları məktəbəqədər təhsil pilləsindən uşaqlarda formalaşdırılmalıdır.

Yeni texnologiyalar oxumaq və yazmağa necə təsir göstərir?

Cənubi Koreya həkimləri “rəqəmsal kəmağılılıq” adlı yeni xəstəliyin yaranması barədə həyəcan təbili çalırlar. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Burada əsas risk qrupuna daxil olanlar yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən ifrat dərəcədə istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından ifrat dərəcədə istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə inkişafdan qalır. Dünya artıq rəqəmsal nizam-intizam barədə düşünür.

Microsoft kompaniyasının rəhbəri milyarder Bill Geytsin söylədiyinə görə onun uşaqlarının 14 yaşına qədər smartfonları olmayıb. Onun xanımı Melinda isə vaxtında bu qərarın qəbul ediməsini ağıllı addım hesab edib.

Biz isə uşaqları baxça yaşından telefona öyrəşdirirk. Və bunun hansı mənfi fəsadlar törədəcəyini hesablamırıq. Uşaqlarda oxumaq və yazmaq bacarıqlarını- kitaba marağı savadlı müəllimlər, məktəb kitabxanaları və valideynlərin kitabxanası formalaşdırmalıdır. Müəllimlər məktəb kitabxanalarına uşaqları cəlb edirmi? Əgər müəllim mütaliə etmirsə və esse yaza bilmirsə şagirdində bu bacarıqları formalaşdıra bilməz.

Mən Milli Məclisdə də bu məsələni qaldırmışdım.

PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri bizi məyus etmişdi. Azərbaycanlı şagirdlər 440 balla ən aşağı nəticəni göstərmişdilər.

PIRLS Qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma bacarıqlarının inkişafında tərəqqini və oxuyub anlama (həmçinin dərketmə) bacarıqlarını ölçən qiymətləndirmədir və 5 ildə bir dəfə keçirilir. Bu qiymətləndirmənin əsas maraqlı tərəfi şagirdlərin sosial-iqtisadi statusuna görə bölgüsüdür.

Bu bölgüyə görə şagirdlər 3 qrup - yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifləşdiriliblər.

Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqlarla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status validynlərin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər 2 kateqoriya üzrə 25-dən az kitabları var. Valideynlər sosial statuslarından asılı olmayaraq uşaqlarına kiçik kitabxana düzəldə bilərlər. Lakin repetitorlara xərclənən külli miqdarda vəsait uşaqların normal qidalanması, geyimi və onlara kitab almaq kimi vacib məsələləri arxa plana atır.

Maraqlı sual ortaya çıxır. Şagirdlər hansı kitabları oxumalıdırlar? Onlara tapşırılan mətnər düşündürücüdürmü?

Dərsliklərin məzmunu bərbaddır. Şagirdlərdə düşünmə üçün motivasiya yaratmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
azpolitika.info

1Mənbələr