AZ

Nagelsman: “Qatil instinktini inkişaf etdirməliyik”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasında Macarıstan yığması üzərində böyükhesablı qələbəni şərh edib.

Arena.az xatırladır ki, UEFA Millətlər Liqasında A Liqasının 3-cü qrupunun 1-ci turu çərçivəsində baş tutan bu oyunda bundestim evdə “milli onbirlik” üzərində 5:0 hesablı qələbə qazanıb.

“Oyunun əvvəlində azacıq səliqəsiz idik, ötürmələrimizdə isə bəzi səhvlərə yol verdik. Ancaq sonra üstünlüyümüz başladı. Oyuna yaxşı nəzarət edirdik və çoxlu qol fürsətləri yaratdıq. Birinci hissədə daha çox qol vurmalı idik. Oyunların taleyini daha erkən həll etmək üçün, biz qatil instinktini inkişaf etdirməliyik. Komandada “kimya” var, hələ bu, belədir, amma inkişaf üçün hər zaman yer var”, – Nagelsman matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

1-ci turdan sonra Almaniya yığması A Liqasının 3-cü qrupunda 3 xalla 1-ci pillədə qərarlaşıb. Niderland yığmasının da 3 xalı var, amma bundestim 2-ci pillədə qərarlaşmış “zanbaqlar”ı daha yaxşı top fərqinə görə qabaqlayır. Xalsız Bosniya Herseqovina və Macarıstan yığmaları müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.

Xatırladaq ki, UEFA Millətlər Liqasının cari çempionu İspaniya yığmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
arena.az

1Mənbələr