Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Əfran İsmayılov apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi üç gün əvvəl Bakıda İsveçə uduzdu - 1:3. Həmin oyunda xal qazanmaq ehtimalımız var idi?
- İsveçlə oyunu stadiondan canlı izləyirdim. Əlbəttə ki, uduzmamaq imkanımız var idi. Şanslarımız da oldu. Amma uduzmaq təhlükəsi də var idi. Çünki boşluqlarımız çox idi, İsveç meydanın mərkəzini çox rahatlıqla keçirdi, çox rahat şəkildə cərimə meydançamıza girirdilər, amma son nöqtəni qoya bilmirdilər. Bizim də epizodlarımız oldu, penalti, dirəkdən dönən toplar... Onlar qol olsaydı, bəlkədə önə keçə bilərdik, hesabı bərabərləşdirərdik. Amma ümumi götürəndə, İsveç layiqli qələbə qazandı. Fernandu Santuşun sistemi normal idi. Necə normal idi? Hücumameyilli oynadırdı komandanı, çoxlu şanslarımız oldu. İstifadə edə bilmədik. Bir şeyi başa düşmədim ki, Coşqun Diniyev nəyə görə Aleksandr İsakla "personalni" oynayırdı? Bu hansı dövrün futboludur? Mənə maraqlı qalan o idi. Hər dəqiqə İsakla yanaşı idi, isveçli hara gedirdisə, Coşqun da onunla gedirdi. Onu başa düşmədim. Komandamız ümumilikdə maraqlı, hücum futbolu oynayırdı. Sürətli və açıq futbol getdi.
- Ramil Şeydayevlə Emin Mahmudovun penaltini yerinə yetirməsi epizodu daha çox müzakirə edildi. Həmin epizodu necə şərh edərdin?
- Bu şeylərə qarışmıram. Həm Emin, həm də Ramil mənim dostumdur, mənə yaxın insanlardır. Bu qərarı baş məşqçi verir. Mən orda məşqçi olsaydım, ya da idarəetmənin üzvü olsaydım, rahat şəkildə fikir bildirərdim. Bunlara fikir bildirmək istəmirəm. Orada baş məşqçi, qərarverən insanlar var. Özləri qərar verəcəklər ki, niyə topu o götürdü, niyə penaltini bu vurdu? Heyəti quranda da, hər şey deyilir. Sonradan nə baş verir özləri bilər. Qərar baş məşqçinindir. Bu mövzu mənə maraqlı deyil.
- Azərbaycan millisində lider var?
- Lider görünmür. Həqiqətən də, lider yoxdur. Lider olan yerdə belə şeylər də olmur... Penaltini kim vursun, kim vurmasın... Baş məşqçi olmasa da, lider öz fikrini bildirir, nə necə olacaq, fikrini bildirir. Ona görə fakt görünür ki, Azərbaycan millisində lider yoxdur. Bu da millimiz üçün böyük minusdur. Lider önəmli fiqurdur. Meydanda, paltardəyişmə otağında, kənarda, daxildə lider çox önəmlidir, lazımdır. Rəşad Sadıqov başqa cür lider idi. Onunla birlikdə oynamışam. Komandanı arxadan idarə edirdi, hansı futbolçu hara getsin, nə etsin hamısını bildirirdi. Paltardəyişmə otağında da danışırdı, oteldə də komanda ilə danışırdı, bu da komandaya motivasiya verirdi. Hamı ilə müzakirə aparırdı, hamıya öz dəstəyini göstərirdi. İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də gəlsin. Görünən budur. Heyət yığılanda görünən odur ki, çətin bundan sonra lider olsun. Bundan sonra çağırılanlara da baxanda, inanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin.
- Fernandu Santuşun rəhbərlik etdiyi komandanın əvvəlkindən fərqi var?
- Dəyişiklik o idi ki, bir az hücumameyilli idik, daha sürətli hücumlar qururdular, daha çox şans yaratdılar. Bu üstünlük idi.
- Slovakiyanı necə, məğlub etmək nə dərəcədə realdır?
- Slovakiya millisi son illərdə formada olan komandalardandır. Baxmayaraq ki, onları bir dəfə udmuşuq. Özü də, onlara qarşı səfərdə oynayacağıq. Bakıda da İsveçə uduzmuşuq. Nəsə etmək istəyiriksə, irəliyə getməkdən, inkişafdan danışırqsa, hər oyunda xal qazanmalıyıq. Slovakiya səfərindən bir xal götürsək də, bizim üçün yaxşıdır. Çünki Slovakiya son Avropa çempionatının ən yaxşı formada olan komandalarından biri idi. Ona görə bizi çox çətin, çox ağır oyun gözləyir. Onları son görüşdə səfərdə udmuşuq. Revanş da almaq istəyəcəklər. Futboldur. Ən yaxşı, ən keyfiyyətli oyunumuzu göstərməliyik. Bəhlil Mustafazadənin yoxluğu özünü göstərəcək, ya yox bilmirəm. Şəhriyar Əliyev var, o, son illərdə formadadır. "Turan Tovuz" indi liqada liderdir, komandanın lider olmasında əsas məsələ qol buraxmamasıdır. Burada da əsas fiqur Şəhriyardır. O, çox yaxşı müdafiəçidir. Şəhriyar işinin öhdəsindən çox yaxşı gəlir. Yəqin ki, Fernandu Santuş Şəhriyara şans verəcək. Buna da hazırdır. Ən yaxşı oyununu göstərəcək. Hər futbolçu ən yaxşı oyununu göstərsə, yaxşı nəticə olacaq. Slovakiya qalib gələ bilməyəcəyimiz rəqib də deyil. Onları rahat şəkildə udmaq da olar. Sadəcə onlar daha irəlidədir.
İsmiyeva və Zəkiyev bürünc üçün tatamiyə çıxacaqlar
Millinin oyununu fransız hakim idarə edəcək
Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
Paris-2024: Paraatletimiz qızıl medal qazanıb
Lamiyə Vəliyevadan gümüş medal