AZ

"Atletik"in keçmiş futbolçusu Argentina klubunda

Daha əvvəl "Atletik Bilbao"da çıxış edən yarımmüdafiəçi İker Munyainin yeni klubu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, ispan oyunçu Argentinanın "San Lorenso" klubu ilə müqavilə imzalayıb.

31 yaşlı futbolçunun Argentina klubu ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

Qeyd edək ki, buna qədər yarımmüdafiəçi yalnız "Atletik"də çıxış edib. Munyain 2009-cu ildən çıxış etdiyi Bilbao klubunun yetirməsidir.

Xatırladaq ki, ötən mövsüm İker Munyain bask komandasının heyətində İspaniya çempionatında 20 oyun keçirib və bu oyunda iki qol vurub və bir sarı vərəqə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
90deqiqe.az

1Mənbələr