AZ

“Kəpəz” “Sabah”ın futbolçusunu transfer edir

“Kəpəz” klubu heyətini gücləndirmək üçün işləri davam etdirir.

Bizim.Media xəbər verir ki, qərb klubu hazırda Camal Cəfərovu heyətinə qatmaq üçün danışıqlar aparır. Artıq yarımmüdafiəçinin icarəyə götürülməsi üçün onun məxsus olduğu “Sabah” klubu ilə razılıq əldə olunub.

Futbolçu hazırda U-21-lə birlikdə təlim-məşq toplanışındadır. Toplanış başa çatandan sonra o, “Kəpəz”in düşərgəsinə yollanacaq.

Qeyd edək ki, Camal Cəfərov ötən mövsümü də icarə əsasında “Kəpəz”də keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
bizim.media

10Mənbələr