AZ

Eto'o Ronaldinyo ilə arasında yaşanmış gərgin münasibət danışdı

"Barselona"nın keçmiş hücumçusu Samuel Eto'o 2006-cı ildə "Arsenal" ilə Çempionlar Liqasının final matçının fasiləsi zamanı Kataloniya klubunun soyunub-geyinmə otağında yaşanan sərt söhbətdən danışıb.

90deqiqe.Az xəbər verir ki, 43 yaşlı sabiq forvard həmin vaxt braziliyalı ulduz Ronaldinyonun günahlandırıb.

“2006-cı ildə  Çempionlar Liqasının finalının fasiləsində 0:1 hesabı ilə uduzduq və "Arsenal" on nəfərə düşdü. Bilirsən niyə uduzduq? Çünki ən yaxşı oyunçu olan Ronaldinyo tək oynamaq istəyirdi. Soyunub-geyinmə otağına gəlirəm, hamının başı aşağıdır. Frank Raykard çaşqın halda yan tərəfdə dayandı. Mən onlara deyirəm: “Nə edirsən? Özünüzü yığışdırın, qol vuracağam, hələ də burdayam, nədən qorxursunuz?”

Ronniyə dedim ki, ya bizimlə oyna, ya da skamyada otur. Və burada böyük oyunçu özünə gəlir. O, hamımızı topladı və üzr istədi”, - Eto’O deyib.

Fasilədən sonra görüşdə kamerunlu hücumçu hesabı bərabərləşdirib, braziliyalı müdafiəçi Xuliano Belletti isə Kataloniya komandasına qələbə qazandırıb.

Seçilən
87
90deqiqe.az

1Mənbələr