Amerikalı iş adamı, “Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu ola bilər.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə “İnforma Connect Academy” analitiklərinin məlumatında deyilir.
Qeyd olunub ki, Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır.
Məlumata görə, biznesmenin sərvəti hər il 110 faiz artır.
“Bloomberg Billionaires Index”ə görə Mask 251 milyard dollar sərvətlə hazırda dünyanın ən varlı adamıdır.
Mənbə: qafqazinfo.az
Digər İQTİSADİYYAT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az