AZ

Ançelotti məşqçilik karyerasını hansı şərtlə bitirəcəyini açıqladı

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasına nə vaxt xitam verəcəyi haqda söhbət açıb.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis bu zamanı bir şərtlə əlaqələndirib:

“Mən oyunlardan əvvəl hələ də əsəbləşirəm, təzyiq hiss edirəm və bu dəyişənə qədər hələ də burada olacağam. Futbola olan bu alovum sönəndə isə təqaüdə çıxacağam”, deyə təcrübəli mütəxəssis vurğulayıb.

Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.

Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
arena.az

2Mənbələr