AZ

İran Rusiyaya raket tədarük etdiyini ETİRAF ETDİ

İranlı deputat Əhməd Baxşaiş Ardestani İran Xarici İşlər Nazirliyinin təkzibinə baxmayaraq, Rusiyaya ballistik raketlərin tədarükünü etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın müxalif “Iran International” nəşri yayıb.

“Biz ehtiyaclarımızı ödəmək üçün barter etmək məcburiyyətindəyik, o cümlədən soya və buğda idxalı. Barterin bir hissəsi Rusiyaya raketlərin göndərilməsini, digər hissəsi isə hücum pilotsuz təyyarələrinin göndərilməsini əhatə edir”, – deyə o, qeyd edib.

“Rusiyaya ballistik raketlərin göndərilməsi İrana qarşı əlavə sanksiyalara səbəb ola bilərmi?” sualına iranlı deputat belə cavab verib: “İndikindən daha pis ola bilməz. Biz raketləri Hizbullah, Həmas və Həşd əş-Şaabiyə (İraqdakı şiə milisləri) veririk, onda niyə Rusiyaya verməyək?

Biz silah satıb dollar alırıq. Biz Rusiya ilə tərəfdaşlığımız vasitəsilə sanksiyalardan yayınırıq. Rusiyadan soya, qarğıdalı və digər mallar idxal edirik. Avropalılar Ukraynaya silah satırlar. NATO Ukraynaya girdi, niyə Rusiyaya raket və pilotsuz təyyarələr göndərməklə müttəfiqimizə dəstək vermirik?” – Ardestani yekunlaşdırıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
25
bizim.media

10Mənbələr