UEFA-nın Klubların Maliyyə Durumuna Nəzarət Komitəsi yeni cəzaları açıqlayıb.
Türkiyənin 3 klubu komitənin nəzarətində idi. ''Beşiktaş'' və ''Trabzonspor'' cəzadan qurtulub. Belə ki, bu iki klub 2023-cü il üçün müəyyənləşdirilən maliyyə hədəflərinə çatmağı bacarıblar.
Onlardan başqa ''Milan'', ''İnter'', ''Monako'', ''Marsel'', PSJ və ''Antverpen''in də ötən ilin maliyyə hesabatlarında bir yanlışlıq aşkarlanmayıb. Amma ''İstanbul BŞ'' ilə bağlı fərqli durum ortaya çıxıb. Başakşəhərlilərin 2023/24-də az da olsa, xərcləri gəlirlərini üstələyib. Bu üzdən cari mövsümdə İstanbul klubu ciddi nəzarət altında olacaq. ''İstanbul BŞ'' 2024/25-də də futbol qazanc qaydalarına riayət etməsə, avrokuboklardan birillik kənarlaşdırılacaq!
Bundan başqa komanda bu mövsüm avrokubokların iştirak ərizəsinə 25 əvəzinə 23 oyunçunun adını sala biləcək və 100 min avro cərimə ödəməli olacaq.
Maddi durumları ilə bağlı hesabatı gec göndərdikləri üçün ''Aston Villa''ya 60 min avro, ''Marsel''ə 20 min avro cəza verilib. ''Roma''nın isə 2023-cü maliyyə ilinin hesabatında xərcləri gəlirlərini üstələdiyi üçün kluba 2 milyon avro cəza verilib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta